Moskvanın Ukrayna üzərindəki müharibəsinin səkkizinci ayında Qırğızıstan bankları Rusiyanın “Mir” ödəniş sistemindən imtina edib. Baki-xeber.com bu barədə “İnterfax”a istinadən xəbər verir. Xidmətlərin dayandırılması barədə “Bakai Bank” və “Doskredbank” xəbər yayıb. Lakin məlumatda bildirilir ki, xidmətlər müvəqqəti dayandırılıb. “Mir” sisteminin bərpası barədə əlavə məlumat veriləcək. Qırğızıstanın qalan bankları hazırkı şəraitdə “Mir”kartları ilə işləmək barədə hələlik açıqlama verməyiblər. Qeyd edək ki, bundan öncə Avropa İttifaqı Türkiyəyə də rus sistemindən imtina etmək üçün təzyiqlər edirdi. Görünür, hələ ki, Qərb dövlətlərinin Rusiyanı maliyyə cəhətdən çökdürməyə gücləri çatmır.
Ceyhun MİRZƏLİ