Tezliklə Rusiyadan Quzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) birbaşa uçuşların başlayacağı və Moskvanın 2022-ci ilin sonuna qədər Şimali Lefkoşada konsulluq açacağı bildirilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasında verdiyi açıqlamada ölkələri Quzey Kıbrıs Türk Cümhuriyyətini (KKTC) tanımağa çağırıb.
Baki-xeber.com Avropa.info-ya istinadən xəbər verir ki, Rusiyanın “İzvestiya” qəzetinə danışan yüksək səviyyəli mənbələr Rusiyanın KKTC-yə birbaşa uçuşlar açacağını təsdiqləyib.
Eyni mənbələr Moskvanın Şimali Lefkoşada konsulluq açmağa hazırlaşdığını da bildiriblər.
Mənbələr birbaşa uçuşların yalnız Rusiya özəl şirkətinin həyata keçirəcəyini və bunun Rusiya dövlətinin qərarı olmadığını bildirib: "Bu, Rusiya özəl aviaşirkətinin təşəbbüsüdür. Aviaşirkət birbaşa uçuşlar təşkil etməyi planlaşdırır. Lakin bu, KKTC-nin Rusiya tərəfindən diplomatik olaraq tanındığı anlamına gəlmir. Moskva nın KKTC ilə bağlı mövqeyi eyni qalacaq".
Mövzu ilə bağlı məlumatlarının olduğunu deyən mənbələr, "Rusiya Federasiyası Kıbrısın şimalında konsulluq açmaq imkanını nəzərdən keçirir. Bu mövzuda da işlər aparılır. Çünki 10 mindən çox Rusiya vətəndaşı orada yaşayır və onlar üçün konsulluq xidmətləri mövcud deyil. 2022-ci ilin sonuna qədər açmağı planlaşdırdığımız bu konsulluq binası KKTC olması göstərilmədən "Şimali Lefkoşada Rusiya konsulluğu" adlandırılacaq", deyib.
Rusiya rəsmiləri bu məsələdə Tayvanı misal çəkib. Onların sözlərinə görə, ölkələr Tayvanı rəsmən tanımır, lakin Taybeydə ofislər açıblar. Eyni rəsmilər KKTC-də də oxşar təcrübənin olduğunu, lakin digər ölkələrin KKTC-ni tanımadığını qeyd ediblər. KKTC-də Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, İtaliya və ABŞ-da ofisləri var.