Ukraynanın paytaxtı Kiyevdə yenidən partlayış səsləri eşidilib.
Ukrayna Rusiya qüvvələrinin paytaxt Kiyevdəki enerji infrastrukturunu hədəfə aldığını açıqlayıb.
Ukrayna rəsmiləri və hadisə şahidləri Rusiya qüvvələrinin paytaxt Kiyevin şimalındakı enerji obyektlərini hədəfə aldığını və çoxsaylı partlayışlar nəticəsində şəhərdən tüstü qalxdığını bildiriblər.
Ukrayna prezidentinin dəftərxanasından Kirilo Timoşenko Rusiya tərəfindən adı açıqlanmayan elektrik stansiyasına üç hücumun həyata keçirildiyini açıqlayıb.
Tahir TAĞIYEV