Hələ 2015-ci ildə “COVİD-19” pandemiyasına bənzər virusun meydana çıxa bləcəyini xəbərdarlıq edən Bill Qeyts 1.2 milyard dollarlıq yatırım etməyə hazırlaşır. Baki-xeber.com Türkiyənin “Hurriyet” qəzetinə istinadən bildirir ki, uşaq iflicinin qarşısını almaq üçün Qeyts fondu yeni addıma imza atıb. Əsas hədəfini açıqlayan B.Qeyts onu belə izah edib: “Uşaq iflicinin aradan qaldırılması çox yaxındı. Lakin bu xəstəlik hələ ki, təhdid olaraq davam edir. Birlikdə mübarizə aparsaq bunu aradan qaldıra bilərik”. Bu iflicin qarşısının alınması üçün peyvənddən istifadə olunacağı gözlənilir. Buna görə də 2026-cı ilədək 370 milyon usağa peyvənd vurulması nəzərdə tutulur. Bunun üçün 4.8 milyard dollara ehtiyac var.
Ceyhun MİRZƏLİ