Səudiyyə Ərəbistanı Ukrayna müharibəsində Rusiya ilə birgə neft siyasəti aparılması itihamını rədd edir. Baki-xeber.com “France 24”-ə istinadən bildirir ki, ABŞ Səudiyyə Ərəbistanının neft hasilatının azaldılmasını dəstəkləməsinə qəzəblənib. Ölkənin müdafiə naziri Xalid ibn Salman bu ittihama özünün Twitter səhifəsində cavab verib: “Krallığın Ukrayna ilə müharibəsində Rusiyanın yanında olması ilə bağlı ittihamlar bizi heyrətə gətirir”. Nazir həmçinin qeyd edib ki, bu saxta ittihamlar Ukrayna hökümətindən gəlmir. X.Salman fikrini əsaslandırmaq üçün OPEC-də İranın olmasını da qeyd edib. O, neft qurumunda birgə iştiraka görə Tehranın yanında dayanmadıqlarını bir daha xatırladıb və OPEC-də Rusiya ilə bir üzvlüyü bununla izah edib. ABŞ neft hasilatının azaldılmasından Rusiyaya görə narahatdı. Ağ Ev sözçüsü Con Kirbi deyib ki, Ər-Riyadın bu qərarı Moskvanın gəlilərinin artmasına və sanksiyaların effektinin azalmasına gətirib çıxara bilər.
Ceyhun MİRZƏLİ