Rusiya hər gün daha çox məğlub olur. Bu baxımdan Ukraynaya yardımı davam etdirmək lazımdı. Baki-xeber.com “Ukrainskaya Pravda”ya istinadən bildirir ki, bu fikirləri Avropa İttifaqının xarici işlər naziri Jozef Borrel söyləyib. J.Borrel xarici işlər nazirlərini qəbul etmə ərəfəsində bunları deyib: “Müharibənin sosial-iqtisadi təsirləri bütün dünyada davam edir. Rusiya son günlərdə daha çox təcrid olunur, biz bunu BMT-də gördük. Mənəvi, siyasi, hətta hərbi münasibətlərdə Rusiya bu müharibəni uduzur. Biz Ukraynaya dəstək göstərməli və bunu davam etdirməliyik. J.Borrel nazirlərin Ukraynaya yeni hərbi təlimlərin keçirilməsi haqqında razılığa gələcəklərinə ümid etdiyini bildirib. J.Boreel, həmçinin, Ukraynaya zərbə vurmaqda Rusiyaya kömək edən İrana da sanksiyaların tətbiq edilməsi müzakirəsinin aparılacağını qeyd edib: “Biz İranın burada iştirakını görür, sübut edirik, lakin Tehran bu iştirakı inkar edir. Bugünkü sanksiyalar həm də İranın etirazçılara qarşı repressiyyasına görədir”. Ukrayna müdafiə naziri Dimitri Kulebanın da iştirak edəcəyi iclasda Ukrayna ordusuna əlavə 500 milyon avronun da ayrılacağı gözlənilir.
Ceyhun MİRZƏLİ