Ukraynanın paytaxtı Kiyevdə hava hücumu xəbərdarlığından qısa müddət sonra bir çox bölgələrdə şiddətli partlayışlar baş verib.
Kiyev meri Vitali Kliçko sosial şəbəkədəki paylaşımında şəhərin Şevçenko rayonunda partlayışların olduğunu bildirib.
Ukrayna rəsmiləri şəhərin İran istehsalı olan kamikadze pilotsuz təyyarələr tərəfindən vurulduğunu bildiriblər. İranın kamikadze pilotsuz təyyarələri Rusiya tərəfindən yay mövsümünün sonundan etibarən Ukraynada istifadə olunur.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Oleksiy Kuleba Kiyev sakinlərini hava xəbərdarlığına diqqət yetirməyə çağırıb. Hücumların nə ilə həyata keçirildiyi və itkilərin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib. Kiyev bələdiyyəsi insanları “bunkerlərdə qalmağa” çağırıb.
Tahir TAĞIYEV