Rusiya Qərblə müəyyən şərtlərlə danışıqlar apara bilər. Baki-xeber.com “İzvestia”-ya istinadən bildirir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narişkin söyləyib. O, jurnalistlərin belə bir danışıqların olub-olmaması sualını cavablandıranda bunu deyib. Bu açıqlamadan bir gün öncə Dmitri Peskov Qərblə danışıqlarda perspektiv görmədiyini desə də, S.Narişkin bu gün bir qədər yumşaq açıqlama verib. Rusiya ilə Qərb arasında vasitəçiliyin Türkiyə tərəfindən ediləcəyi xəbərləri də dolaşmaqdadır. “Milliyet” qəzetinin yazarı Özay Şəndir Ankaranın Vaşiqntona artıq təkliflər göndərdiyini xəbər verib. Lakin hələ ki, nə danışıqların, nə şərrtlərin detalları barədə məlumat var.
Ceyhun MİRZƏLİ