Rusiya Ukraynaya nüvə hücumuna başlayarsa məhv ediləcək. Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki, bu barədə Aİ-nin xarici siyasət rəhbəri Jozef Borrel xəbərdarlıq edib. Bu çıxışı V.Putinin 21 sentyabrda Rusiyanı müdafiə etmək üçün nüvə silahından istifadə bəyənatına cavab olaraq deyilib. J.Borrel fikirlərini belə davam edib: “Ukraynaya ediləcək istənilən nüvə hücumu bizi hərbi cavab verməyə vadar edəcək.Aydın olmalıdır ki,Ukraynanı müdafiə edən qüvvələrdə blef etmirlər”. J.Borrel Rusiyanın Ukraynaya təcavüzünü post-soyuq müharibə dövrünün başa çatması kimi qiymətləndirib. Bu savaşın Avropa İttifaqını fərqli yerə gətirib çıxardığı qeyd olunub.
Ceyhun MİRZƏLİ