ABŞ mütəffiqlərini Ukraynanı hava hücumundan müdafiə etmək üçün tələsdirir. Baki-xeber.com “The Moskow Times”-ə istinadən bildirir ki, əsas məqsəd strateji hədəfləri qorumaqdı. Moskvanın Ukraynanın şəhərlərini vurmasından sonra bu məsələ daha da aktuallaşıb. ABŞ müdafiə naziri Llyod Austin də Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğunu bəyan edib. Amerikalı general Mark Millinin sözlərinə görə isə, Kiyevin bir neçə təbəqədən ibarət müdafiə sisteminə ehtiyacı var. Əgər üç səviyyədən ibarət müdafiə sistemi qurularsa Ukraynanı daha yaxşı qorumaq olar. Vaşinqton Ukraynanı qısa və orta mənzilli, orta hündürlükdə NASAMS hava hücumundan müdafiə sistemi ilə təmin edəcəyini vəd edib ki, ilk ikisi tezliklə gələcək. Almaniya da İRİS-T müdafiə sistemlərilə artıq Ukraynanı təchiz edib. Bu sistem kiçik şəhərləri qorumaq gücündədir.
Ceyhun MİRZƏLİ