2021-ci ildə ABŞ Konqrensinə edilən hücuma görə Donald Tramp ifadə verməyə çağırılıb. Baki-xeber.com “Milliyet” qəzetinə istinadən bildirir ki, ABŞ Nümayəndələr Palatası Komissiyasının çağırışı ilə keçmiş prezident barədə belə qərar verilib. Komissiya sədrinin müavini Liz Chney atdıqları addımı belə izah edib: “6 yanvar hücumu Trampın icazəsi olmadan baş tuta bilməzdi. Tramp ona dəstək verənlərin silahlı olduğunu bilərək onları Konqres binasına göndərmişdi. Bu baxımdan ondan ifadə almağa haqqımız var”. Qeyd edək ki, məlum hücumda biri polis olmaqla beş nəfər həlak olmuşdu. 2021-ci ilin fevral ayında D.Tramp Senatda bəraət almışdı. Lakin görünür, bu proses hələ davam edəcək. D.Trampın necə ifadə verəcəyi isə hələ ki, bəlli deyil.
Ceyhun MİRZƏLİ