Belarusda hüquq-mühafizə orqanlarına geniş səlahiyyətlər verilib. Baki-xeber.com “DW News”-a istinadən məlumat verir ki, bu səlahiyyətlərə telefon danışıqlarının izlənilməsi, kommunikasiyalara nəzarət, yerdəyişmə qadağası kimi məsələlər daxildir. “Ölkə başçısı Aleksandr Lukaşenko hüquq-mühafizə orqanlarıyla bir sıra görüşlər keçirib antiterror əməliyyatı rejimi tətbiq edilib”. Bu barədə Belarusun Daxili İşlər naziri Vladimir Makey məlumat verib. V.Makeyin iddiasına görə, qonşu dövlətlərin Belarus ərazisinə müdaxilə ehtimalı var. A.Lukaşenko oktyabrın 4-də Polşa və Litvanın Belarus sərhədində qoşun yığıdığını elan etmişdi. Bu da rəsmi Minskin hərbi təftişə başlamasına səbəb olub. Bu həftə Belarusda keçirilən hərbi əməliyyatlar Ukrayna və Qərbin diqqətini cəlb edib. Belarusda həmçinin gizli səfərbərlik elan olunması da diqqətə çatdırılır.
Ceyhun MİRZƏLİ