Ağ Ev OPEC+ qrupunun neft hasilatını azaltmaq qərarının Ukrayna müharibəsində Rusiyaya mənəvi və hərbi dəstək verməyə bərabər olduğunu bildirib.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Direktoru Con Kirbi keçirdiyi brifinqdə OPEC və bəzi qeyri-OPEC istehsalçı ölkələrindən ibarət OPEC+ qrupunun neft qərarından sonra Səudiyyə Ərəbistanı ilə gərginliyin artmasına da toxunub: "Ukrayna müharibəsində biz heç bir ölkənin Rusiyaya mənəvi, hərbi və ya iqtisadi dəstək verməsini istəmirik. OPEC+-un qərarı iqtisadi dəstəkdir. Həmçinin bu qərar Putini rahatlatdığı və Putinin müharibə mexanizminə töhfə verdiyi üçün hərbi və mənəvi dəstək kateqoriyasındadır”.
Kirbi, bundan sonrakı proses üçün müşahidələr aparacaqlarını və Səudiyyə Ərəbistanının Rusiyanın yanında olub-olmadığını dəyərləndirəcəklərini, ABŞ-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərini qiymətləndirməyə davam edəcəklərini bildirib.
Tahir TAĞIYEV