ABŞ prezidenti Co Baydenin Putinlə danışığa getməyəcəyi ilə bağlı bəyənatına Rusiya xarici işlər naziri Sergey Lavrov münasibət bildirib. Baki-xeber.com “İzvestia”-ya istinadən bildirir ki, S.Lavrovun fikrincə, görüşdən imtina beynəlxalq vəziyyəti pisləşdirmir, çünki durum onsuza yaxşı deyil. S.Lavrov eyni zamanda deyib ki, Rusiya heç bir ciddi təmaslardan və danışıqlardan imtina etməyib. Lakin qarşı tərəfdən sağlam düşüncəli təkliflər gəlmir. Qeyd edək ki, bir gün əvvəl Ağ Evin mətbuat katibi Jean Pierre Baydenin Putinlə görüşmək istəməməsini desə də, əsir mübadilələrində Vaşiqntonun Moskva ilə əməkdaşlıq edə biləcəyini söyləmişdi. Xatırladaq ki, “Böyük İyirmilər”in İndoneziya sammitində prezidentlərin görüşü gözlənilirdi.
Ceyhun MİRZƏLİ