Ukraynanın NATO-ya qoşulması üçüncü dünya müharibəsinə səbəb ola bilər. Baki-xeber.com “Ukrainskaya Pravda”-ya istinadən bildirir ki, bu fikri Rusiya Federasiyasının Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov deyib. A.Venediktov fikrini belə davam etdirib: “Kiyev yaxşı anlayır ki bu addımı üçüncü dünya müharibəsinə keçid olacaq. NATO üzvlərinin özləri də bu addımın intihar xarakterli olmasını anlayırlar”. A.Venediktov həmçinin bildirib ki, Kiyevin NATO-ya daxil olmasını ilk növbədə Şərqi Avropa ölkələri dəstəkləyir. Qeyd edək ki NATO və Şərqi Avropadan olan doqquz ölkə Ukraynanın alyansa daxil olmasını dəstəklədiklırini bildiriblər. Onlar bu addımı Buxarestin 2008-ci ildə verdiyi qərar əsasında atdıqlarını bəyan ediblər. Həmçinin V.Zelenski NATO-dan gözlədiyi təhlükəsizlik təminatını gerçəkləşdirməyə çağırıb.
Ceyhun MİRZƏLİ