Rusiya Ukraynada nüvə silahından istifadə edərsə Fransa adekvat cavab verməyəcək. Baki-xeber.com “The National” a istinadən məlumat verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. Fransa prezidenti fikrini belə izah edib: “Bizim siyasətimiz xalqımızın maraqları üzərində qurulur. Regiona ballistik nüvə hücumu olacaqsa, bu birbaşa Rusiyaya qarşı gəlməyə səbəb ola bilməz”. E.Makron Putinə Ukraynanın ərazi bütövlüyünü tanımağı, dərhal müharibəni dayandırıb danışıq masasına keçməli olduğunu bildirib. Lakin bu çağırışı gecikmiş bir müüraciət kimi də qiymətləndirmək olar. Çünki Moskva 2014-cü ildən bəri müstəqil bir Ukrayna dövlətinin varlığını belə qəbul edə bilmir. Bu ərazilərin əslində Rusiyanın olduğunu imkan düşdükcə qeyd edir. Görünür, Putinin nüvə bəyanatları dünya dövlətlərini öz mövqelərini açıq deməyə vadar edəcək. E.Makronun ölkəsinin nüvə məsələsində münasibətini ifadə etməsini bu cür dəyərləndirmək olar.
Ceyhun MİRZƏLİ