Çinin yeni dünya düzənində rolu İngiltərəni gündən-günə narahat etməkdədir. Baki-xeber.com “9 news”-a istinadən bildirir ki, Britaniya kiber-kəşfiyyat agemtliyinin rəhbəri Ceremi Fleminq Pekinin texnoloji hədəflərindən danışıb. Kəşfiyyat rəhbəri Çinin texnoloji üstünlüklərindən istifadə etdiyini deyib. C.Fleminq Pekinin rəqəmsal valyutalar və peyk sistemlərindən istifadə edərək qlobal ekotexnoloji sistem yaratmaq istəyini bildirib. Maraqlı tərəf budu ki, C.Fleminq bu çıxışı “Kral Birləşmiş Xİdmətlər İnistutu”nun beyin mərkəzində edib. Kəşfiyyat rəhbərinin çıxışında Çinin insanlar üzərində total nəzarət etmək istəməsi tənqid olunub. Çinin digər ölkələri potensial düşmən və ya potensial müştəri kimi gördüyü diqqətə çatdırılıb. Britaniya casusları Pekinin təsir və niyyətlərini getdikcə daha çox mənfi qiymətləndirirlər. Keçən il Mİ 6 xarici kəşfiyyat agentliyinin rəhbəri Riçard Mur Çini Britaniya və onun müttəfiqləri üçün ən böyük təhlükələrdən biri adlandırıb.
Ceyhun MİRZƏLİ