Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşü keçirilib.
Görüş bir saat yarım davam edib.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, dövlət başçıları Rusiya ilə Ukrayna arasında davam edən savaşın nizamlanması barədə fikir mübadiləsi aparmayıblar.