Finlandiya xarici işlər naziri Pekka Haavisto ölkəsinin NATO-ya üzv olmadan ABŞ və İngilətərə kimi ölkələrdən dəstək aldığını söyləyib. Baki-xeber.com Türkiyənin “Hurriyet” qəzetinə istinadən bildirir ki Finlandiya hələ ki NATO-ya daxil olma ərəfəsindədi. Lakin Rusiyayla sərhəddə yerləşən ölkədə də bir narahatlıq var. Bu baxımdan nazir P.Haavisto NATO-ya üzv olmadan da bu qurumdan dəstək ala biləcəklərinə inandığını qeyd edib. NATO üzvlüyünə münasibət bildirən nazir Finlandiya və İsveçin NATO-ya daxil olmaq üçün birgə çalışdığını və burada bir əngəl olmadığını qeyd edib. P.Haavisto Türkiyə ilə danışıqların müsbət axarda getdiyini qeyd edib.
Ceyhun MİRZƏLİ