Yaponiya xarici işlər naziri Urmas Reinsalu ölkəsinin Ukraynaya mühüm dəstək verdiyini açıqlayıb. Baki-xeber.com” ERR News”-a istinadən bildirir ki, U.Reinsalu Tallində keçirdiyi görüşlərdən sonra belə deyib "Rusiya Ukraynadan qoşunlarını çıxarmayana qədər, Rusiyaya təzyiqləri yumşaltmaqdan söhbət gedə bilməz. İndiki vəziyyətdə biz sanksiyaları gücləndirməyə, Rusiyanı beynəlxalq səviyyədə təcrid etməyə və Rusiyanın törətdiyi cinayətlərə görə məsuliyyətin təmin edilməsi yollarını axtarmağa davam etməliyik”. Estoniya və Yaponiya tərəfləri öz aralarındakı biznes rəqəmsallaşma və kiber məsələlərində yüksək səviyyədə əməkdaşlıq etdiklərini bəyan ediblər. “Yaponiya həm də çoxtərəfli arenada Estoniya üçün mühüm tərəfdaşdır, bunu Yaponiyanın Aİ və NATO ilə sıx əməkdaşlığı sübut edir” U.Reinsalu fikirlərini belə tamamlayıb.
Ceyhun MİRZƏLİ