Volodimir Zelenskinin istəyinə görə Avstraliya Ukrayna ordusuna hərbi təlim keçəcək. Baki-xeber.com “AlJazeera”-a istinadən bildirir ki, bu barədə Avstraliyanın baş naziri Entoni Albans hökümət iclasında məlumat verib. E.Albans qeyd edib ki, prezident V.Zelenskiylə telefon danışığı vaxtı Kiyevə hərbi cəhətdən əlavə yardımlar ediləcəyinə söz verib. Ukrayna ordusuna veriləcək təlimlərin əsas məqsədi Rusiya qəfi hücumlarına qarşı qabaqlayıcı tədbirlərdən ibarət olacaq.Təlimlərin harada keçiriləcəyi hələ müzakirə olunur. Bu təlimlərin ya Ukrayna ərazisində ya da oradan kənarda keçiriləcəyi gözlənilir. E. Albans bu müharibənin təkcə Ukraynanın suverenliyinə görə getmədiyini qeyd edib: “Bu savaş dünyada qəbul edilmiş suveren sərhədlər uğrundadı və dünya birliyi həm də buna görə Ukraynaya dəstək verir Biz Avropada savaşın sonlanmasını istəyirik. Lakin Rusiya təcavüz aktlarını davam etdirir. Biz də dəstəyimizi davam etdirəcəyik. Biz NATO xaricində ən böyük töhfəmizi Kiyevə veririk”.
Ceyhun MİRZƏLİ