Prezidentimizin istəyi Suriyada qanın tökülməməsidi və biz bunu açıqca bəyan edirik. Baki-xeber.com “Cumhuriyet” qəzetinə istinadən bildirir ki, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu danışıb: “Bəzilərinin fikrincə, Suriyada qan Türkiyəyə görə tökülür. Belə bir şey yoxdur. Biz terror qruplaşmalarının Türkiyə üzərinə gəlməsinin qarşısını alırıq. Suriyada stabilliyin yaranması üçün hakim rejim və müxalifət arasında razılaşmanın olması lazımdı. Hələ ki, Suriya hakimiyyəti ilə birbaşa əlaqəmiz yoxdu. Amma gələcəkdə bu ola bilər. Türkiyənin proseslə bağlı mövqeyi səmimidi”. Ukrayna böhranına da toxunan M.Çavuşoğlu belə deyib: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Siyasi nizamımızı qoruduq, Rusiya əleyhinə qərarlara da imza atdıq, amma Avropa qədər də yox. Qərbin maraqları ilə düşünsəydik heç taxıl razılaşması da olmayacaqdı”. M.Çavuşoğlu Azərbaycanla Ermənistan arasında da tezliklə sülhün olmasını arzulayıb: "Ermənistan təxribatlara son qoymalıdı. Azərbaycanın təklif etdiyi sülh üzərində işləməlidi. Biz bu dioloq prosesində səmimi iştirak edirik”.
Ceyhun MİRZƏLİ