Ukrayna lideri Volodimir Zelenski “Böyük Yeddilər”ə təcili kömək üçün müraciət edib. Baki-xeber.com “Al Jazeera”-a istinadən bildirir ki, ABŞ prezidenti C.Bayden V.Zelenski ilə telefon danışığı zamanı Kiyevi təkmilləşdirilmiş hava müdafiəsi sistemlərilə təchiz etməyə söz verib. Bayden həmçinin deyib ki, “Böyük Yeddilər”in növbədənkənar iclasında Ukraynaya dəstəyin detalları və Rusiyanın məsuliyyətə cəlb olunması müzakirə olunacaq. ABŞ prezidenti mütəffiqlərilə birgə Ukraynaya yardımın davam etdiriləcəyini vəd edib. Moskva bazar ertəsi hücumlarında hərbi obyektləri hədəf aldığını bəyan etsə də, Kiyev hücumlar nəticəsində 14 mülki şəxsin həlak olduğunu bildirib.
Ceyhun MİRZƏLİ