Bazar ertəsi Kiyevə və digər şəhərlərə vurulan zərbələr və Belarusla hərbi anlaşma V.Putinin Ukraynanı eskalasiya etmək niyyətini göstərir. Baki-xeber.com “The Moskow Times”-a istinadən məlumat verir ki, Moskvanın niyyəti həm də itkiləri kompensansiya etməkdi. Qərb analitikləri belə düşünür. Paytaxt Kiyev və Qərblə sərhədindəki Lvova atılan 75 raketdən 41-i düşüb. Putin bununla Ukraynaya daha ağır zərbələr vurmağa hazır olduğunu bəyan etdi. D.Medvedyev də bunun ilk epizod olduğunu, digər hücumların da gələcəkdə ola biləcəyini açıqladı. BMT baş katibi Entoni Quterreş isə Fransa prezidenti E.Makronla telefon danışığı zamanı hücumlardan narahatlığını ifadə edərək, müharibənin təbiətindəki köklü dəyişiklik kimi qiymətləndirib. Təhlilçilər Rusiyanın 2018-ci ildə şəxsən Putinin açılışını etdiyi Krım körpüsünün partladılmasından çox qəzəbləndiyini qeyd edirlər. Bolqarıstanlı siyasi təhlilçi Yordan Bojilov bu partlayışı şəxsən Putinin təhqir edilməsi kimi qiymətləndirir.
Ceyhun MİRZƏLİ