Tayvan adasının suverenliyi üzərində hansısa kompromisə yer yoxdu. Baki-xeber.com “CNN” ə istinadən bildirir ki, bunu Tayvan lideri Tsai İnq-Ven deyib. Lakin o, Çinlə adada sülhü qorumaq üçün əməkdaşlıq edilə biləcəyini bildirib. “Tayvan xalqı ilə konsensusu yalnız bizim suverenliyimizə, azad, demokratik inkişafımıza hörmətlə əldə etmək olar”. T.İnq Ven bu çağırışı Pekinlə münasibətlərin gərginləşdiyi zamanda Tayvanın milli günündə edib. Qeyd edək ki, bundan öncə Çin lideri Si Tsinpin Tayvanın ölkəsilə birləşməli olduğunu bəyan etmişdi. Bu çağırışlar fonunda Tayvan daim müdafiəsini artırmağa çalışır. Tayvan ordusu ada üzərində uçuş aparan Çin hərbi təyyarələrini daim izləyir.
Ceyhun MİRZƏLİ