Rusiya cəbhə xəttindəki itkilərini kompensansiya etmək üçün mülki infrastrukturları hədəfə alır. Baki-xeber.com “ERR News”-a istinadən bildirir ki, bunu Estoniya Müdafiə Qüvvələrinin Baş Qərərgahının planlaşdırma rəhbəri polkovnik Janno Mark söyləyib. O, Moskvanın Kiyevdəki mülki məkanları vurmasını belə qiymətləndirib: “Hadisənin sözsüz ki, hərbi, iqtisadi, siyasi təsirləri var. Krımdakı körpü məhv edildiyinə görə Rusiyanın Ukraynanın cənubunu təchiz etmək imkanları əlindən çıxıb. Lakin Krım tam olaraq mühasirəyə düşməyəcək. Körpünü partlatdıqdan sonra əvvəlki bərə əlaqəsi bərpa olunub. Eston polkovniki Krım körpüsündəki partlayışın ehtimallarından da danışıb: “Özümü partlayıcı maddələr üzrə mütəxəssis hesab etmədiyim üçün çox spekulyasiya etmək istəməzdim, lakin qısa bir nəzər saldıqda bunun HIMARS və ya dron hücumu olmadığını, onun yerinə bomba yüklü avtomobilin yerləşdirildiyi əsas versiya kimi özünü göstərir. Bu da öz növbəsində başqa fərziyyələrə qapı açır”
Ceyhun MİRZƏLİ