“Tesla”nın rəhbəri İlon Mask “Financial Times” a müsahibəsində Tayvanı Çinin inzibati ərazisi kimi gördüyünü deyib. Baki-xeber.com “BBC News”-a istinadən bildirir ki, bu mövqeyinə görə Çinin ABŞ-dakı səfiri İ.Maska təriflər yağdırıb. “Tesla” rəhbəri hökümətlərin bununla bağlı razılaşma əldə edəcəyinə inandığını söyləyib.
Xatırladaq ki, ötən həftə də İ.Misk qalmaqallı addım atmışdı. Onun Twitter sorğusu Kiyevin ərazilərini Rusiyaya güzəştə getməli olduğu nəticəsini açıqlamışdı. Buna görə də İ.Mask kəskin tənqidlərə məruz qalmışdı. Tayvanla bağlı açıqlama isə İ.Maskın Çinə elektirik avtomobilini rekord sayda satdığı vaxta təsadüf edir. O, fikrini belə izah edib: "Mənim tövsiyəm... Tayvan üçün kifayət qədər əlverişli, yəqin ki, hamını xoşbəxt etməyəcək xüsusi inzibati zona tapmaq olardı". Göründüyü kimi, Çin-Tayvan-ABŞ münaqişəsində İ.Mask da öz marağının təmin olunmasını istəyir.
Ceyhun MİRZƏLİ