Müğənni Alla Puqaçova yenə də sükutu pozub. Baki-xeber.com “Unian”-a istinadən məlumat verir ki, Kiyevə və Ukraynanın digər şəhərlərinə vurulan zərbələr A.Puqaçovanı yendiən danışdırıb. O, İnstagram hesabından müraciət edərək torpaqlar üçün dua etdiyini bəyan edib. Eyni zamanda, A.Puqaçova fevralın 24-dən bu yana Ukraynadakı müharibə haqqında heç vaxt açıq-aydın danışmayıb. Ancaq görünür, Rusiyanın Ukrayna şəhərlərinə hücumundan sonra o, sükutu pozmağa qərar verib. Rusiyanın 24 fevral hücumundan sonra A.Puqaçova həyat yoldaşı M.Qalkinlə birgə İsrailə getsə də, sonradan geri dönmüşdü. Mətbuat müğənninin ikinci dəfə Rusiyanı tərk etdiyini qeyd edir.
Ceyhun MİRZƏLİ