Ukraynanın mülki ərazilərinə Rusiyanın vurduğu zərbələr yeni narahatlıqlar yaradıb. Baki-xeber.com “RBC Ukrayna”-ya istinadən bildirir ki, prezident Volodimir Zelenski yaranmış gərgin vəziyyətlə bağlı “Böyük Yeddilər”ə müraciət edib. O, bu ölkələrin təcili iclas çağırmalı olduqlarını söyləyib. V.Zelenski bu fikirlərini “Twitter” səhfəsində yazıb: “Biz Böyük Yeddilərə sədrlik edən Almaniya kansleri Olaf Şolzla qrupun təcili iclasını çağırmaq barədə razılığa gəldik. Mənim çıxışım planlaşdırılır, orada Rusiya Federasiyasının terror aktları haqqında danışacağam. Biz, həmçinin, Rusiyaya təzyiqin artırılmasını və zədələnmiş infrastrukturun bərpasına yardımı müzakirə etdik”. Ukrayna lideri həmçinin Fransa prezidenti Emanuel Makronla da danışıb. V.Zelenski Fransa liderilə əsasən hava hücumundan müdafiə və Rusiyaya təzyiqin artırılmasını müzakirə edib. Qeyd edək ki,10 oktyabr səhəri Kiyev, Lvov, Xmelnitski, Ternopil və Jitomir şəhərləri Rusiya tərəfindən raket hücumlarına məruz qalıb.
Ceyhun MİRZƏLİ