Ukrayna savaşını gərgin şəraitdə aparan Rusiya aindi daha çox Belarusla anlaşmağı üstün tutur. Baki-xeber.com “İzvestia”-a istinadən bildirir ki, Moskva və Minsk regional qoşun qrupunun yerləşdirilməsi ilə bağlı razılığa gəliblər. Anlaşmanın mahiyyətini açıqlayan Belarus prezidenti Aleksandr Lukaşenko belə deyib: “İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qrupunun yerləşdirilməsinə razılaşdıq. Hamısı sənədlərimizə uyğundur. Təhdid səviyyəsi indiki səviyyəyə çatarsa, biz Birlik Dövləti qruplaşmasından istifadə edə biləcəyik. Bu qrupun əsasını Belarus Respublikasının ordusu, Silahlı Qüvvələri təşkil edir”.
Ceyhun MİRZƏLİ