Ukraynanın paytaxtı Kiyevdə 3 böyük partlayış baş verib. Bölgədən çəkilən görüntülərdə bəzi binalardan dumanın yüksəldiyi görülür. Kiyevin meri Vitali Kliçko da hücumları təsdiqləyərək şəhərin mərkəzində partlayışların olduğunu deyib.
Raketlərdən biri Ukrayna Prezidenti Zelenskinin ofisinin yaxınlığına düşüb.
Partlayışlar nəticəsində Nəticədə 10-dan çox insan ölüb, 70-ə yaxın yaralı var. Hava hücumu zamanı 29 strateji infrastruktur obyekti, 4 çoxmərtəbəli bina, 35 fərdi yaşayış evi və 1 məktəb zərər görüb.
Ekspertlər hücumu Rusiyanın Krımın qisasını alması kimi şərh ediblər.
Rusiyanın hava zərbələrindən sonra ABŞ-ın Kiyevdəki səfirliyi vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb. “ABŞ vətəndaşlarını sığınacaq tapmağa və Ukraynanı tərk etməyə çağırırıq" - səfirliyin çağırışında bildirilib.
Qeyd edək ki, iki gün əvvəl səhər saatlarında Krım yarımadası ilə Rusiyanı birləşdirən Krım körpüsündə böyük partlayış olub və körpünün dəmir yolu xəttinin yanındakı avtomobil yolunda çökmə baş verib.
Tahir TAĞIYEV