Krım körpüsünü hədəf alan partlayışdan iki gün sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasını çağırmaq qərarına gəlib.
Kremlin bəyanatında deyilir ki, Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşlər keçirəcək.
Krımda baş verən partlayışlardan sonra Putinın Təhlükəsizlik Şurasını toplaması bütün dünyanın diqqətini Kremlə yönəldib. Rusiyanın indi hansı addımı atacağı, taktiki nüvə silahına əl atıb-atmayacağı maraq doğurur.
Putinin Ukraynaya qarşı yekun müharibə qərarı verə biləcəyi də bildirilir. Ancaq Rusiya Ukraynadakı hazırkı işğalını “xüsusi əməliyyat” adlandırır və bütün Ukraynanı hədəf almadığını iddia edir.
Tahir TAĞIYEV