Almaniyanın keçmiş kansleri Angela Merkel Rusiya ilə razılaşmanın tərəfdarıdı. Baki-xeber.com “Cumhuriyet” qəzetinə istinadən bildirir ki, o bu barədə “Suddeustshe Zeitunq” qəzetinin 77-ci ildönümü vaxtı danışıb. A.Merkel fikrini belə əsaslandırmağa çalışıb: “Avropada qalıcı sülhün təmininə qədər Soyuq Müharibə bitməmişdi”. Ukrayna müharibəsində dönüş nöqtəsinin yaşandığını qeyd edən keçmiş kansler Putinin çıxışlarını ciddi qarşılamaq lazım olduğunu bildirib: “Hər birimizin blef olaraq qəbul etdiyimiz sözləri əhəmiyyətli qəbul etməyə çağırıram”. Qeyd edək ki, Almaniya Ukraynaya müasir silahlar göndərməkdən zaman-zaman ehtiyat edir.
Ceyhun MİRZƏLİ