2022-ci il Nobel Sülh Mükafatı hüquq müdafiəçisi və iki müdafiə təşkilatı arasında bölüşdürülüb. Baki-xeber.com “The National”-a istinadən bildirir ki, mükafat Belarusdan olan hüquq müdafiəçisi Ales Bialiatskiyə, Rusiyanın “Memorial” təşkilatına və Ukraynanın “Vətəndaş Azadlıqları Mərkəzi”nə verilib. Nobel Sülh komitəsinin sədri Reiss Andersen bu haqda deyib: "Onlar müharibə cinayətlərini, insan hüquqlarının pozulmasını və hakimiyyətdən sui-istifadəni sənədləşdirmək üçün böyük səy göstəriblər. Onlar birlikdə vətəndaş cəmiyyətinin sülh və demokratiya üçün əhəmiyyətini nümayiş etdirirlər". Qeyd edək ki A.Bialiatski yazıçı Svetlana Alekseyeviçdən sonra “Nobel” alan ikinci belarusdu. Görünür ki, Nobel Sülh Mükafatının bu cür paylanması da Rusiyaya göndərilən növbəti mesajdı.
Ceyhun MİRZƏLİ