Bu gün Rusiya lideri Vladimir Putin 70 yaşını qeyd edir. Baki-xeber.com “The Moskow Times” a istinadən bildirir ki, Putin öz doğum gününü müharibənin qızışması fonunda səssiz keçirməyə üstünlük verəcək. Ötən illərdə Putin öz ad gününü Şoyqu ilə birgə Sibirə gəzintiyə çıxaraq, idman oyunlarında iştirak edərək qeyd edərdi. Lakin bu gün Putin doğum gününü Sankt-Peterburqda MDB sammitində qeyd edəcək. Lakin bu görüşün də elə də əhəmiyyətli olmaması diqqətə çatdırılır. Son bir neçə ayda məğlub olan Rusiyanın səfərbərlik qərarı da narazılıqları artırıb. Ekspertlər bu addımın səhv olduğunu bildirirlər. Belə vəziyyətdə Putinlə bağlı yeganə böyük tədbir Çeçenistanda keçiriləcək. Ramzan Kadırov rəhbərlik etdiyi ölkədə Putinin şərəfinə at və idman yarışları keçiriləcəyini xəbər verib. “Prezidentimizin 70 illik yubileyini qeyd etməklə biz bütün dünyaya onu necə qiymətləndirdiyimizi göstəririk”. Kadırov teleqram hesabından belə yazıb.
Ceyhun MİRZƏLİ