Putin nüvə silahından istifadə etməyin zarafat olmadığını bəyan etdikdən sonra C.Bayden dünyaya Armaqeddon xəbərdarlığı edib. Baki-xeber.com “United Press İnternational”-a istinadən bildirir ki, ABŞ prezidenti bu barədə Nyu-Yorkda jurnalistlərə açıqlamasında danışıb. O bəyan edib ki, nüvə risqi 1962-ci il Kuba böhranından sonra ən yüksək həddə çatıb. Putinin Armaqeddonu törədə biləcəyi barədə danışan C. Bayden fikrinə belə davam edib: “Onun taktiki, nüvə, kimyəvi, bioloji silahlardan danışmağı zarafat deyil amma onun ordusunun əhəmiyyətli dərəcədə aşağı performans göstərdiyini görürük. Mən düşünmürəm ki taktiki nüvə silahından istifadə asan başa gələcək və bu, Armaqeddonla nəticələnəcək” . Ötən həftə ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın nüvə silahından qaçılmaz istifadənin mümkün olmaması bəyənatından sonra C. Bayden daha arxayın danışa bilir.
Qeyd edək ki, “Armaqeddon” sözü ibranicədən tərcümədə dağ mənası verir. Müqqədəs kitabda axirət öncəsi Armaqeddon savaşının çıxacağı və Məsihin qeybdən gələcəyi bildirilir. Dünya siyasətində evangelist inancında olan şəxslər belə savaşın başlanmasını arzu edirlər. Bu məqsədlə müxtəlif müharibələri dəstəkləyirlər.
Ceyhun MİRZƏLİ