Ukrayna Ali Radası Rusiyanın Yaponiyanın şimal torpaqlarını işğal faktını tanımaq barədə qərar verib. Baki-xeber.com “Unian”-a istinadən məlumat verir ki , Radanın 287 deputatı bu barədə səsvermədə iştirak edib. Şimal ərazilərinin zəbt olunmasına görə Kiyevin Tokioya dəstək verməsi məqbul hesab edilib. Ukrayna Ali Radası o torpaqların hələ də Rusiyanın işğalında olduğunu qəbul edir. Bundan başqa, Ukrayna parlamenti Yaponiyanın şimalındakı vəziyyətlə bağlı BMT, ATƏT, NATO, QUAM kimi qurumlara müraciət edib. Bu ərazilərin statusunun həlli üçün addımlar atmağa çağırış edib. Qeyd edək ki, Rusiya və Yaponiya arasında Kuril adaları uğrunda mübarizə edir. Rusiyanın inzibati ərazisində olan bu adaları rəsmi Tokio zəbt edilmiş yerlər kimi qəbul edir.
Yaponiya Kuril zəncirinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan, yəni Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə rəsmi Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.
Yaponiya diplomatları 2003-cü ilə qədər adaları rəsmi olaraq "qanunsuz işğal edilmiş", 2012-ci ilə qədər isə "dədə-baba torpaqları" adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb.
Ceyhun MİRƏLİ