OPEC ölkələrinin neft hasilatının 2 milyon barrel azaldılması qərarından sonra bu məhsulun qiyməti artmağa başlayıb. Baki-xeber.com “The National”a istinadən bildirir ki, hasilatın azalması 2020-ci il pandemiyasından sonra ən aşağı rəqəmdi. Artıq Brent markalı neftin qiyməti 94 dollara yaxınlaşmaqdadı. OPEC-in iclasında bu qərar qabaqlayıcı uğurlu addım kimi qiymətləndirilib.
OPEC-in bu qərarı ABŞ prezidenti Co Baydenin istəyinin əksinə baş verib. Belə ki, C.Bayden hasilatın artırılmasını təklif etmişdi. Bu baxımdan “Fox News“un yazarı Jeanine Pirro C.Baydenin səhv qərarına görə onu qınayıb. Onun atdığı uğursuz addımın Amerikada benzinin qiymətinin artırmasına səbəb olduğunu bildirib. Görünür, Birləşmiş Ştatların Rusiyaya qarşı neft həmləsi uğursuzluğa səbəb olub.
Ceyhun MİRZƏLİ