Ukrayna ordusu Rusiyanın ilhaq etdiyi Xersonun bir neçə yaşayış məntəqəsini azad edib. Baki-xeber.com “Euronews”a istinadən bildirir ki, prezident Volodimir Zelenski Xerson şəhərinin şimal-şərqindəki Novovoskresensk, Novohryhorivka və Petropavlivka kəndlərinin azad edilməsi barədə məlumat verib.
Ukraynanın hərbi əks-hücum əməliyyatından sonra minlərlə rus əsgəri sentyabr ayından bəri cənub və şərqdə cəbhə xəttindən geri çəkilib.
Gecə müraciətində V.Zelenski Kremlpərəst qüvvələrə müraciət etmək üçün qısaca rus dilində danışaraq onların müharibəni artıq uduzduqlarını deyib.
“Ukraynalılar nə üçün mübarizə apardıqlarını bilirlər. Və getdikcə daha çox Rusiya vətəndaşı başa düşür ki, sadəcə bir nəfər müharibəni bitirmək istəmədiyi üçün ölməlidir”, - o, Putinə müraciətində bildirib.
Ceyhun MİRZƏLİ