Avqustda qətlə yetirilən Darya Duqina ilə bağlı ABŞ kəşfiyyat analitikləri məlumat yayıb. Baki-xeber.com ”Al Jazeera”a istinadən məlumat verir ki, D.Duqinaya yönələn bombalı hücum Ukrayna hökümətinin icazəsi ilə baş verib. Bu məlumat “The New York Times” də dərc olunub. Lakin kəşfiyyat açıqlamasında Ukraynanın hücumda hansı elementlərin istifadəsinə icazə verib-verməsi, həmçinin V.Zelenskinin buna imza atıb-atmadığı barədə məlumat verilməyib. Dərc edilən iddialara münasibət bildirən V.Zelenskinin müşaviri Mixalio Podolyak belə deyib: “Yenə də qeyd edirəm ki, bu və ya digər ölkədə müharibə zamanı hər hansı qətlin özü ilə bir növ praktiki əhəmiyyəti olmalıdır. O, hansısa konkret məqsədi yerinə yetirməlidir, taktiki və ya strateji. Duqina kimi biri Ukrayna üçün taktiki və ya strateji hədəf deyil”.
Ceyhun MİRZƏLİ