Putin qərar verdi - Ukraynanın Zaporojye nüvə stansiyası Rusiyanın mülkiyyətinə keçdi

img

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasının Rusiyanın mülkiyyətinə keçirilməsi haqqında fərman imzalayıb.

Kremldən, Putinin imzaladığı fərmanda Zaporojye Atom Elektrik Stansiyasının fəaliyyəti üçün lazımi icazələrin veriləcəyi bildirilib.

Sərəncamda qeyd olunub ki, bu elektrik stansiyası Rusiyanın federal mülkiyyətinə keçəcək və bu istiqamətdə Rusiya hökumətinə göstəriş verilib.

Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.

6 nüvə reaktoru olan və 5700 meqavat/saat elektrik enerjisi istehsal gücünə malik elektrik stansiyası Ukraynanın ümumi elektrik enerjisinin 20 faizini təmin edir.

Zaporojya Atom Elektrik Stansiyası martın 4-də ruslar tərəfindən ələ keçirilib.

Tahir TAĞIYEV

Peşə etikası

Son xəbərlər