Anqlosaksonlar Rusiya ilə Avropanı toqquşdurmaq istəyir - Patruşev

img

Anqlosaksonlar öz iqtisadiyyatlarını xilas etmək üçün Rusiya ilə Avropanı hərbi qarşıdurmaya çəkmək istəyirlər. Baki-xeber.com “İzvestiya”-ya istinadən bildirir ki, bu iddianı Rusiyanın təhlükəsizlik şurasının sədri Nikolay Patruşev səsləndirib. Krımda keçirilən təhlükəsizlik konfrasında çıxış edən N.Patruşev fikirlərinə belə davam edib: “Məqsəd Rusiyanı sıradan çıxarmaqla zahiri üstünlüyü qoruyub saxlamaq, bununla təkqütblü dünyanı mühafizə etməkdi. Onlar düşünürlər ki münaqişələri qızışdırmaqla iki dünya müharibəsindən sonrakı proplemlərini, ABŞ-ın 30 trilyon dollardan çox dövlət borcunu həll edə bilərlər. Bu gün Vaşiqnton və London öz güclərini itirdikcə ölkələrin sakitləşməsinə imkan vermirlər. Onlar Rusiya və Çin kimi nüvə güclərinin yaxınlıqlarında gərginliyi artırırlar”. N.Patruşev yenə də Ukraynada iddia etdikləri neonasizmdən danışıb. Bunun da arxasında Qərbin dayandığını söyləyib. Təhlükəsizlik katibi Ukraynanın neonasizmdən qurtularaq sülh içində yaşamasında maraqlı olduğunu qeyd edib.

Ceyhun MİRZƏLİ 

Peşə etikası

Son xəbərlər