Avropa qaz qiymətləri ilə bağlı yeni strategiya açıqlayacaq...

img

Avropa həm iqlim, həm də iqtisadi cəhətdən sərt qışa hazırlıq görür. Baki-xeber.com “Euronews”-a istinadən bildirir ki, cümə günü ərəfəsində Avropa Komissiyası qaz qiymətlərinin tənzimiylə bağlı strategiyasını açıqlayacaq. Lakin üzv dövlətlər Rusiyanın yaratdığı çətinliklərlə bağlı fikir ayrılığına düşüblər. Buna səbəb yüksələn inflasiyaya qarşı aparılacaq mübarizədi. Aİ-nin enerji üzrə komissarı Kadri Samson veriləcək qərarı Avropanın kifayət qədər qazla təmini üçün müvəqqəti addım kimi qiymətləndirib. Avropa İttifaqı liderləri cümə günü qaz strategiyasını müəyyənləşdirmək üçün toplaşacaqlar. Qeyd edək ki, ötən həftə Fransa, Polşa və digər on iki Aİ ölkəsi qazla bağlı topdansatış qiymətində hədd müəyyəndirməyi təklif edib.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər