Rusiya veteranları müharibəyə qarşı : Biz qalib gəlməyəcəyik

img

Rusiya Hərbi Hava qüvvələrinin leytenantı Vitali Votonovski təqaüdə çıxdıqdan sonra siyasi fəallığa başlayıb. Baki-xeber.com “The Moskow Times”ə istinadən bildirir ki, Krasnodarda yaşayan istefada olan zabit Rusiyanın Ukraynadakı müharibəsini tənqid edib. Dəfələrlə həlak olan əsgərlərin məzarını çəkdiyinə görə həbs edilən leytenant fikirlərini belə bildirib: “Putin bütün ölkənin səfərbərlik potensialını sıradan çıxarıb və demək olar ki, bütün dünya ilə müharibəyə gedir. O, qalib gələ bilməyəcəyimiz şəraiti yaradıb” Bu fikirdə artıq bir çox keçmiş hərbçilər var. 61 yaşlı Əfqanıstan müharibəçi iştirakçısı Nikolay Prokudin də həmkarı kimi düşünür: “Mənimlə eyni fikirdə olan insanlar var. Digər şəxslər isə təbliğata aldanırlar. N.Prokudin keçmiş döyüşçü yoldaşıyla birgə ötən il Ukraynaya qarşı müharibənin əleyhinə petisiya hazırlayan şəxslərdən olub.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər