Britaniya müdafiə xərclərini artıracaq - 157 milyard….

img

İngiltərə müdafiə naziri Ben Uolles Qərb ordularının Rusiya təhdidi qarşısında gücləndirilməsini tələb edib. Baki-xeber.com “The National”a istinadən bildirir ki, nazirin fikrincə, müdafiə xərcləri ümümdaxili məhsulun 3 faizini təşkil etməlidi, bu da 2030-cu ilədək 60 faiz artım deməkdir.

B.Uolles həmçinin əvvəlki müdafiə siyasətində olan səhvləri tənqid edərək, müdafiə sahəsində ixtisarların ziyanlı olduğunu bildirib. Nazir qeyd edib ki, bu müharibə NATO, Qərb ordularına  genişzolaqlı savaşda sağ qalmağın yollarını öyrətdi. Belə təxmin olunur ki, Britaniya höküməti  növbəti səkkiz ildə müdafiə sahəsinə 157 milyard funt sterlinq xərcləyəcək. O, getdikcə sabitliyi pozulan dünyada bu addımı atmağın vacibliyini qeyd edib.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər