Avropa Birliyi Türkiyə-Liviya qaz sazişinə qarşı…

img

Ankara Brüsseli dövlətlərin suverenliyinə hörmət etməyə çağırıb. Baki-xeber.com “The National”a istinadən məlumat verir ki, Misir və Yunanıstanın ardınca Avropa İttifaqı da Türkiyənin Liviya ilə enerji layihəsini tənqid edib. Baş verənlərə münasibət bildirən  Türkiyə XİN-in sözçüsü Tansu Bilgiç “İki dövlət arasında imzalanan sazişə etiraz etmək təkcə beynəlxalq hüquqa deyil, həm də BMT-nin əsas prinsiplərinə ziddir” – deyib. Türkiyə və Liviya arasında bağlanan karbohidrogen sahəsində saziş olduqca əhəmiyyətlidi. Bu, Türkiyənin əhəmiyyətini, gücünü daha da artıracaq. Lakin Aİ iddia edir ki, bu saziş üçüncü dövlətlərin suveren hüquqlarını pozur. Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da üçüncü dövlətin bu sazişə müdaxilə etməsinin düzgün olmadğını diqqətə çatdırıb.

Ceyhun MİRZƏLİ

Peşə etikası

Son xəbərlər