Rusiya tez-tez nüvə silahından istifadə edəcəyini bəyan edir. Qərb kəşfiyyatı, çox güman, hücuma hazırlıqdan öncə bunu bilirdi. Baki-xeber.com “ERR News”-a istinadən bildirir ki, beynəlxalq ekspert Martin Hurt bu barədə danışıb. Ekspertin fikrincə, Rusiya Sovet İttifaqından qalan nüvə başlıqlarına, qanadlı raketlərə, hava bombalarına və digər silahlara malikdi. M.Hurt fikirlərinə belə davam edib: “Bəlkə də bütün bu hazırlıq mərhələsi daha vacibdir. Təbii ki, bu əmr Rusiyada verilməlidir və təkcə prezident Putin deyil, formal olaraq müdafiə naziri və Baş Qərargah rəisi də bu silahlardan istifadəyə razılıq verməlidir. Daha sonra bu silahlar hazırlanmalı və əraziyə çatdırılmalıdır, ona görə də güman etmək olar ki, ən azı ABŞ, eləcə də digər böyük Qərb ölkələrinin kəşfiyyat təşkilatları bu hazırlıqları görəcəklər”. Ekspert, nüvə hücumu olacağı təqdirdə, Ukraynanın özünün bundan qoruna bilməcəyi barədə xəbərdarlıq edib. Belə bir hücumun yalnız Qərb tərəfindən qarşısının alına biləcəyini bildirib. M.Hurtun fikrincə, belə bir hücum Qara dəniz regionu üçün böyük təhlükə yarada bilər.
Ceyhun MİRZƏLİ