Britaniya kəşfiyyatı Rusiyadakı hərbi çağırış və səfərbərliklə bağlı məlumat yayıb. Baki-xeber.com “Ukrainskaya Pravda”-ya istinadən bildirir ki, bu məlumat Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında yayılıb. İcmalda məlumat verilir ki, 30 sentyabrda verilmiş payız çağırışı 120 min şəxsi əhatə edir. Onlar Rusiyadan kənara çıxa bilməzlər. Onlar yalnız təlim keçəcəklər. Məlumatda həmçinin deyilir ki, növbəti çağırış noyabrın 1-də başlayacaq və bu əvvəlki dövrlə müqayisədə bir ay gecdir. Gecikməyə səbəb təlimlərlə bağlı hazırlıq təchizatlarda yaranan proplemlərdi. Göründüyü kimi, kəşfiyyat icmalında təkcə səfərbərlik deyil, çağırışda da ciddi problemlərin olması əksini tapıb. Səfərbər edilmiş şəxslərin mənzil təminatı, təchizat və təlimi ilə bağlı problemlər çoxdu. Bu da Rusiyanın inzibati, maddi-texniki sisteminə zərbə vurur, hesabatda deyilir.
Ceyhun MİRZƏLİ