Türkiyəyə səfərə gələn Ukraynanın birinci xanımı Olena Zelenski orada Azov komandanları ilə görüşüb. Baki-xeber.com “Sabah” qəzetinə istinadən bildirir ki, beş komandanla görüşən Zelenskiyə onların şəxsən R.T.Ərdoğanın zəmanəti altında olduqları bildirilib. Olena Zelenski səfərlə bağlı bunları deyib: “Türkiyədə Azov komandanlarıyla bir araya gəldim, onların fəaliyyəti üçün diləklərimi çatdırdım. Andrey Yermak bu görüşü təşkil etdi. Bu gün əhəmiyyətli gündü, lakin gediləcək yolumuz çoxdu. Ukrayna hər kəsin azadlığı və öz evinə qayıdışı üçün sona qədər vuruşacaq”. Təhlükəsizlik baxımından bu görüşün vaxtı və yeri barədə ictimaiyyətə məlumat verilməyib. Qeyd edək ki, Azov döyüşçüləri Ukrayna üçün olduqca əhəmiyyətlidi. Onlar əsasən işğalçılara qarşı kəşfiyyat müharibəsində iştirak edirlər.
Ceyhun MİRZƏLİ