Moskvanın 30 sentyabr ilhaq qərarından sonra Volodimir Zelenski Ukraynaın NATO-ya daxil olmasını surətləndirmək üçün müraciət imzalayıb. Baki-xeber.com “Unian”-a istinadən bildirir ki, bu addım Qərb dövlətlərinin təəccübünə səbəb olub. NATO-nun Kiyevə yeni təkliflər verməməsi fonunda Ukraynanın bu addımını cəsarətli hesab etmək olar. Bir müddət öncə Ukraynanın NATO-dan müvəqqəti uzaqlaşması barədə xəbərlər dolaşırdı. Lakin bu xəbərlərdə də Kiyevin taktiki addım atdığı bildirilirdi. V.Zelenskinin 30 sentyabr qərarı isə bir daha sübut etdi ki, Kiyev NATO-ya daxil olmaqda israrlıdı. Scowcroft Strategiya və Təhlükəsizlik Mərkəzinin Transatlantik Təhlükəsizlik Təşəbbüsünün direktor müavini Leah Scheuneman bu barədə fikrini bölüşüb. "Bu, Moskvanın Ukraynanı atəşkəslə qorxutmaq cəhdi olan saxta qanunsuz referendumlara cavab idi". Siyasi ekspert Lii Şenemann da Kiyevin qəti addımı barədə “Putin başa düşməlidir ki, Rusiya münaqişəni, o cümlədən nüvə təhdidlərini artırmağa davam edərsə NATO Ukraynayla birgə ona cavab verəcək” – o deyib.
Ceyhun MİRZƏLİ